Təhsil
Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamına əsasən, hər il 1 oktyabr Azərbaycanda Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə Tovuz rayonunda da bayram tədbiri keçirilib.
Əvvəlcə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon prokuroru Maarif Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları ilə görüşən Məmməd Məmmədov prokurorluq orqanlarında çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edib. O, prokurorluq işçilərinin ölkədə qanunçuluğun, hüquq qaydasının qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında göstərdikləri əhəmiyyətli fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçıları ilə görüşən Məmməd Məmmədov prokurorluq orqanlarında çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edib. O, prokurorluq işçilərinin ölkədə qanunçuluğun, hüquq qaydasının qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında göstərdikləri əhəmiyyətli fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək işlərində uğurlar arzulayıb.Tədbirin sonunda xatirə şəkli çəkilib.
Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 


Rəy yazın