Təhsil
Azərbaycan xalqı üçün 27 Sentyabr təkcə bir tarix deyil, qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisinin simvoludur.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu bizim üçün şanlı bir zəfər olmaqla, bu zəfər yolunda şəhid olan qəhrəmanlarımız xalqımızın qürur mənbəyidir.
Anım Günü şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir.
Hər il anım günündə ölkəmizin hər yerində şəhidlərimizin ruhuna dualar oxunur, məzarları ziyarət edilir, şəhidlərimizin xatirəsi ehtiramla yad edilir, bayraqlar yarıya endirilir.
Birinci Qarabağ müharibəsi veteranı və Zəngilan, Füzuli, Horadiz döyüşlərinin iştirakçısı kimi bugün mən də bu anım günündə şəhidlərimizlə fəxr edirəm.
Bu gün hər bir azərbaycanlı Ölkəmizin Ermənistan üzərindəki tarixi qələbəsini şəhidlərimizə, torpaqlarımız uğrunda rəşadətlə döyüşən igid oğullarımıza və bizə bu qələbə sevincini bəxş edən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə borcludur.
Müstəqilliyimiz və torpaqlarımız uğrunda canından keçən qəhrəman igidlərimiz heç zaman unudulmayacaq. Şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillərə hər zaman örnək olacaq.
Məmmədov Vüqar Surxay oğlu - Qarabağ veteranı 


Rəy yazın