Reklam

Şəhid Rəvan Cəfərov

Təhsil

Şəhid Cəfərov Rəvan Məhəmmədəli oğlu!
Cəfərov Rəvan Məhəmmədəli oğlu 2004 -cü il 10 Fevralda Tovuz rayonu Əlimərdanlı kəndində anadan olub.
 2010 cu -il də Tovuz rayonu Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin birinci sinifinə gedib.2021 ci ildə orta məktəbi bitirib.
Müəllimlərinin xatirələrinə görə Rəvan tərbiyyəli, mədəniyyəti,ağır və vətənpərvər uşaq olub.Uşaqlar içində daim seçilən ,isti qanlı bir şagird olub.
Məktəbi bitirdikdən sonra 2022 ci il aprel ayının  23 də hərbi xidmətə yola salınıb.Hərbi xidmətini döyüş bölgəsində davam etdirib.Qubadlı zonasında kəşviyyatçı kimi xidmət edib.
2023-cü ildə 19 sentyabrda  düşmən təxribatının qarşısını alarkən qəhramancasına şəhid olub.
Atası Cəfərov Məhəmmədəli:
Oğlumun gəlməsinə 9 gün qalmışdı.Axırıncı dəfə danışanda öz yerini bizdən gizlətdi demədi.Dedi hər şey yaxşıdır,narahat olma ata.
Mən balamı əsgər kimi yola saldım,şəhid kimi qarşıladım.Heç vaxt inanmazdım ki,balam şəhid ola.
Anası Səkinə xanım:
Mən balamla fəxr edirəm.O ,elə bir zirvəyə ucaldı ki,bütün elin,obanın fəxri oldu.
Qardaşı Elsəvər Cəfərov:
Biz qardaş olsaq da dost kimi böyümüşdük.
Sirdaş idik.
O həmişə şəhid olmağı arzulayırdı.İki sözündən biri şəhid olacam deyirdi.
İnanmazdım şəhid ola.9 günü qalmışdı.
Kəşviyyatçı idi.Heç vaxt sirr verməzdi,döyüş yerini də demirdi.
Axırıncı dəfə zəng elədi hamımızla halallaşdı.
Qorxmurdu,şəhid olacam deyirdi.O sözü o qədər fəxrlə deyirdi ki..Arzusu çin oldu.
Aramızda olmamasına görə bir qardaş kimi çox üzülürəm.Gözlərim hər yerdə qardaşımı axtarır.
Qardaşı Əli Cəfərov:
Mən bir şəhid qardaşı kimi qardaşımla qürur duyuram. Hərbiçi olmaq istəyirdi.
Fəxrlə daşıyırdı əynindəki geyimi.
Şəhid Cəfərov Rəvan Məhəmmədəli oğlu şəhid olduqdan sonra Cənab Prezidentimiz tərəfindən  Vətən uğrunda medalı ilə,Vətənə xidmətə görə 3-cü dərəcəli ordenlə təltif olunub.
Allah ruhunu şad etsin.
  Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 



Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.