27 sentyabrın Anım Günü münasibətilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, şəhid ailələri, Vətən Müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid məzarlarını ziyarət ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əlibəyli, Hacallı, Yuxarı Öysüzlü, Ağdam və Vahidli kəndlərində dəfn olunmuş şəhidlərimizin məzarlarını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad edib. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Ziyarət zamanı RİH başçısı şəhid ailələri ilə söhbətlər aparıb, onların qayğı və problemləri ilə maraqlanıb, Vətən uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlığının heç zaman unudulmayacağını, onların əziz xatirəsinin daim uca tutulacağını vurğulayıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri



Rəy yazın