Reklam

Faciəyə yol açan məsuliyyətsizlik!

Kriminal

Son günlərdə ölkəmizdə, xüsusən də bölgələrdə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisələrinin baş verməsinin tez-tez şahidi oluruq. Təəsüflər olsun ki, belə qəzaları törədən sürücülər heç də həmişə yetkinlik yaşına çatmış şəxslər olmur və bəzi məsuliyyətsiz valideyinlərin səhlənkarlığı ucbatından yeniyetmə gənclər də sükan arxasına əyləşir və həm özlərinin həm də digər hərəkət iştirakçılarının həyatlarına təhlükə yaradırlar ki, çox zaman da ölümlə nəticələnən ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar. 

Bugün, gecə - gündüz, isti - soyuq bilmədən 24 saat yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin keşiyində duran Yol Patrul Xidməti əməkdaşları, həmçinin də Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobilin sükanının yeniyetmələrə etibar edilməsinin yolverilməz və təhlükəli olması ilə bağlı sürücülərə və valideynlərə təkrar-təkrar, dönə-dönə xəbərdarlıqlar edilsə də təəsüflər olsun ki, bəzi məsuliyyətsiz valideyinlər çox zaman bu xəbərdarlıqlara məhəl qoymurlar.

Adətən biz əsasən yeniyetmələrin daha çox "son zəng" günü və "ilk dərs günü" avtoxuliqanlıq etdiklərinin şahidi olmuşuq və təcrübədən bilirik ki, istər "son zəng" günü, istərsə də"ilk dərs günü" yeniyetmələr avtoxuliqanlığa daha çox meyilli olurlar.

Bəli, sabah da məhz 15 sentyabr - yeni dərs ilinin başlanğıcı, "ilk dərs günü" olduğunu nəzərə alaraq Kainatpress.tv internet televiziyası olaraq bugün biz də bütün valideynləri məsuliyyətli olmağa çağırırıq və avtomobillərinizi yeniyetmələrə etibar etməməyinizi tövsiyə edirik.

Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.