Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2024-cü il büdcəsinin icrası haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli
434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu
haqqında Əsasnamə”yə və 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının
(büdcəsinin) tərtibi və icrası Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2024-cü il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft
Fondunun Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının
rəylərini, habelə Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin beynəlxalq auditor təşkilatı
tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası,
gəlirlər 18 038 986,6 min manat, xərclər 12 896 361,8 min manat və ya Fondun
2024-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 127,9 faiz, xərclər üzrə 99,9
faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:
Sıra
№-si Göstəricilər Məbləğ
(min manatla)
Gəlirlər, cəmi: 18 038 986,6
o cümlədən:
1.
Azərbaycan Respublikasının payına düşən
karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər
(karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank,
gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer),
marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi,
payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə
və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)
11 461 383,2
2.
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar
sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı
ödənişləri
3 600,6
3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə
ötürülməsindən əldə edilən gəlir 527,2
4.
Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən
və idarə olunmasından əldə edilən gəlir 5 795 258,9
5.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı
sərmayəçilər tərəfindən ödənilən bonuslar 778 216,7
2
Xərclər, cəmi: 12 896 361,8
o cümlədən:
1. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinə
transfert 12 781 000,0
2.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr
tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali
təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə
Dövlət Proqramı”nın maliyyələşdirilməsi
33 951,9
3.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral
tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın
maliyyələşdirilməsi
47 327,2
4.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə
edilməsi ilə bağlı xərclər 34 082,7
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2025-ci il



Rəy yazın