Möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasət nəticəsində Azərbaycanın son iyirmi ildəki sürətli inkişafı və qazanılmış uğurlar danılmazdır. Əlbəttə ki, bu uğurların ən böyüyü də elə məhz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Ermənistan üzərindəki tarixi qələbəsi və işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi oldu ki, bu faktın özü belə yenə də möhtərəm prezidentimiz cənab İlham Əliyevin düzgün, düşünülmüş və qətiyyətli hərbi iradəsinin inkarolunmaz sübutudur. Bəli, artıq dünən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi də Azərbaycanın ən böyük tarixi uğurunun nəticəsidir ki, məhz bu da möhtərəm prezidentimiz cənab İlham Əliyevin Azərbaycan Xalqına bəxş etdiyi tarixi bir qürur və iftixar mənbəyidir. Bəli, möhtərəm prezidentimiz cənab İlham Əliyev Azərbaycanın son iki əsrlik tarixinə "Şanlı Zəfər" yazdı və bu Zəfərlə də öz Xalqının hər bir vətəndaşına qələbə sevinci yaşatdı, qürur bəxş etdi. Bəli, biz bugün tarixi qələbəmizi də, qələbə sevincimizi də, o qələbənin qürur hissini də, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsinin iftixarını da məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevə borcluyuq. Yaşasın bizə qələbə sevinci, qürur və iftixar hissi bəxş edən möhtərəm prezidentimiz cənab İlham Əliyev!
Hacağa Hacızadə - kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın