Reklam

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

Gündəm

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib.

Qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd edib ki, Kral Azərbaycanla münasibətlərə böyük önəm verir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Bəhreyn Kralına çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin və yüksəksəviyyəli tərəfdaşlığın olduğunu deyib.

Prezident İlham Əliyev Bəhreyn Krallığının xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını vurğulayıb.

Qonaq ölkəmizin AQEM-ə sədrliyinin uzadılması ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb, Azərbaycanın bu təşkilata yüksək səviyyədə sədrlik etdiyini deyib.

Görüşdə Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.