Reklam

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Gündəm

 Oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verib.

Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.