Prezident cənab İlham Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı Kahramanmaraşda böyük coşqu və möhtəşəm sevgi ilə qarşılanması sarsılmaz Azərbaycan - Türkiyə qardaşlığının bariz sübutu olmaqla yanaşı eyni zamanda prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi və Azərbaycanın regiondakı nüfuzunun göstəricisidir. Bugün Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılmasının özü də ölkəmiz üçün çox böyük tarixi hadisədir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin "Azərbaycan" məhəlləsinin açılış mərasimindəki möhtəşəm çıxışında özünün də dediyi kimi, Azərbaycan hər zaman qardaş Türkiyənin yanında olub və bugün "Azərbaycan" məhəlləsinin açılış mərasimində prezident İlham Əliyevin şəxsən iştirak etməsi Azərbaycan -Türkiyə birliyinin və dostluğunun təzahürüdür. "Azərbaycan" məhəlləsinin yaradılması da çox gözəl tarixi hadisədir ki, burada 90 - dan çox bina inşa edilib, hansı ki, həmin 1200 mənzildə bizim Türkiyəli bacı - qardaşlarımız yaşayacaqdır. Bugün Türkiyə - Azərbaycan qardaşlığı, Türkiyə - Azərbaycan birliyi nəinki bölgəmiz üçün, hətta dünya miqyasında önəmli bir amil olmaqla təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.










Hacağa Hacızadə - kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın