Dəyərli Kainatpress.tv izləyiciləri Sentyabrın 16-da 3 yaşlı İdrisova Zəhra Eldəniz qızının hər iki valideyni paytaxtın Nəsimi rayonunda yerləşən EGE Hospitala gələrək bu hospitalın ürək damar cərrahları tibb elmləri doktoru, ürək-damar cərrahı Seymur Musayevə və tibb üzrə fəlsəfə doktoru, ürək-damar cərrahı Fəhmin Qaçaylıya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 3 yaşlı Zəhra İdrisovanın üzərində 2026-cı ilin iyul ayının 9-da EGE Hospitalın Cərrahiyyə şöbəsində hər iki ürək damar cərrahları Seymur Musayev və Fəhmin Qaçaylı tərəfindən uğurlu açıq ürək əməliyyatı keçirilib.
Xüsusi olaraq qeyd edək ki, bu cərrahiyyə əməliyyatı Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi Xəzri 1-2 Yaşayış Massivi bələdiyyə məhəllə Komitəsinin sədri Vasif Hüseynovun maddi dəstəyi ilə həyata keçirilib.
Kainatpress.tv internet televiziyası olaraq biz də balaca Zəhraya uzun ömür sağlam həyat, hər iki ürək damar cərrahları Seymur Musayevə və Fəhmin Qaçaylıya isə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Şəfalı əlləriniz var olsun.
Nigar Hacızadə - Kainatpress.tv internet televiziyasının direktoru



Rəy yazın