Reklam

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki "Poyi - Kalon" kompleksi ilə tanış olublar

Gündəm

 Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.

Bu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.

Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.

Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.