Reklam

Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub

Gündəm

 Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.