Dəyərli Kainatpress.tv izləyiciləri bugün sizlərə müasir Azərbaycan mətbuatının özünəməxsus dəst-xətti ilə seçilən görkəmli simalarından biri olan İsrafil Kərimovdan bəhs edəcəyik.
Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı İsrafil Kərimov Bakı şəhərində dünyaya göz açıb.
Hazırda dövlət qulluğunun müşaviri olan İsrafil Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 İyun 2022-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
İsrafil Kərimovun həmçinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı və bir sıra digər təltifləri də vardır.
İsrafil Kərimov sözün həqiqi mənasında bugün müasir mətbuatda olan hər kəs üçün örnək ola biləcək bir yazardır.
Ulu Öndər Heydər Əliyev irsinin layiqli təbliğatçısı olan İsrafil Kərimovun bugün dövri mətbuatda müxtəlif mövzularda, o cümlədən siyasi, elmi-mədəni və sosial məsələlər barədə çoxsaylı analitik məqalələri dərc edilməkdədir.
Kainatpress.tv internet televiziyası olaraq bugün biz də qarşıdan gələn "Milli Mətbuat Günü" münasibətilə dəyərli İsrafil müəllimi ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı və sarsılmaz Hakimiyyət-Xalq birliyinin daha da möhkəmlənməsinə xidmət edən yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.
Nigar Hacızadə - Kainatpress.tv internet televiziyasının direktoru



Rəy yazın