Reklam

HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN

Gündəm

 

Dünyanın nadir tarixi dahi şəxsiyyətlərindən biri olan ULU ÖNDƏR HEYDƏR ƏLİYEV hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə yüzlərlə azərbaycanlını Sovet diktaturasının amansız qəzəbindən xilas etmişdi.Böyük qürur hissi ilə xüsusi olaraq qeyd etmək lazımdır ki, bugünki üç rəngli bayrağımızı da hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ilk dəfə ULU ÖNDƏR HEYDƏR ƏLİYEV Naxçıvan Muxtar Respublikası Ali Məclisinə gətirtmiş və üç rəngli bayrağımızı ilk dəfə məhz Heydər Əliyev Naxçıvanda qaldırmışdır və məhz ULU ÖNDƏRin bu addımından sonra Bakıda da üç rəngli bayrağımız rəsmi dövlət bayrağı elan olunmuşdur.ULU ÖNDƏR HEYDƏR ƏLİYEV Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu dövrdə mənfur ermənilər Xocalı soyqırımını törətdiyi zaman yenə də məhz Heydər Əliyev İranla danışıqlara keçərək Araz çayının suyunu azaltdırmaqla yüzlərlə insanın Araz çayından İrana keçmələrini təmin edərək çoxlu sayda həmvətənimizin həyatını xilas edə bilmişdi.Xalqın təkidli tələbi ilə hakimiyyətə tarixi qayıdışından dərhal sonra Azərbaycanla ermənistan arasında Atəşkəsin əldə edilməsinə nail olmaqla hələ o zaman bugünki şanlı zəfərin əsasını da ULU ÖNDƏR HEYDƏR ƏLİYEV  qoymuşdu. AXC Müsavat cütlüyünün yarıtmaz və dağıdıcı hakimiyyəti dövründə ölkədə anarxiya və xaos baş alıb getdiyi zaman məhz ULU ÖNDƏR HEYDƏR ƏLİYEV Azərbaycanı parçalanmaq təhlükəsindən xılas etmiş, müstəqilliyimizi qoruyub saxlaya bilmiş, ölkədə sabitlik və asayişi bərqərar etmişdi.ULU ÖNDƏR HEYDƏR ƏLİYEVin uğurla həyata keçirdiyi Aqrar İslahat nəticəsində torpağın kəndliyə verilməsi reallaşmış, əhalinin sosial rifah halı yaxşılaşmış, regionların inkişafına nail olunmuş, sahibkarlara qayğı artırılmış, özəl sektorun inkişafı üçün bütün lazımi şərait yaradılmışdır. Məhz ULU ÖNDƏR HEYDƏR ƏLİYEVin qətiyyəti və təkidi ilə ƏSRİN KONTRAKTI imzalanmış və Azərbaycanın dünyada aparıcı mövqe tutmasına nail olunmuşdu. Bəli ULU ÖNDƏR HEYDƏR ƏLİYEV bütün Dünya liderlərinin hər zaman  heyranlıqla yanaşaraq böyük həsəd apardıqları tarixi dahi şəxsiyyətdir. ULU ÖNDƏR HEYDƏR ƏLİYEVin Azərbaycan Xalqı qarşısındakı xidmətləri danılmaz və heç vaxt yaddaşlardan silinməyəcək şanlı bir tarixdir.Azərbaycan adlı bir dövlət  öz müstəqilliyini, Azərbaycan adlı bir Xalq isə öz xoşbəxtliyini bugün məhz ULU ÖNDƏR HEYDƏR ƏLİYEVə borcludur!

Yaşasın HEYDƏR ƏLİYEV İDEYALARI! Yaşasın möhtərəm prezidentimiz cənab İlham Əliyev! Yaşasın sarsılmaz Hakimiyyət-Xalq birliyi!  

UlU ÖNDƏRİN əziz xatirəsinə dərin ehtiramla

 

H.Hacızadə

"Kainatpress.tv"-nin rəhbəri

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.