Reklam

Səhiyyədə yeni inkişaf dövrü - TƏBİBin uğurlu islahatları...

Gündəm

Dəyərli Kainatpress.tv izləyiciləri bugün sizlərə Azərbaycan səhiyyəsində son zamanlar müşahidə olunan sürətli inkişaf və TƏBİB-in uğurlu islahatlarından bəhs edəcəyik.

Bildiyiniz kimi 14 aprel 2026-cı il tarixində TƏBİB-in icraçı direktoru vəzifəsinə Anar Bayramov təyin edilib. Anar Bayramov tibb üzrə fəlsəfə doktorudur və sözün həqiqi mənasında səhiyyə sahəsi üzrə gözəl bir mütəxəssisdir.

Məhz bunun nəticəsidir ki, Anar Bayramov  TƏBİB-də öz vəzifəsinin icrasına başladığı ilk gündən səhiyyədə yeni inkişaf dövrü başlandı, uğurlu islahatlara start verildi.

Bəli, Anar Bayramov hər zaman şəffaflığı sevən, yarıtmaz kadrlarla mübarizə aparan bir insan olub, əlbəttə ki, Anar Bayramov hələ Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışdığı zaman biz bunun şahidi olmuşuq.

Əlbəttə ki, Anar Bayramovun TƏBİB-də köklü kadr dəyişikliyi aparması da sırf şəffaflığın təmin olunmasına xidmət edir və sözün həqiqi mənasında bugün özlərini dırnaqarası ilahiləşdirmiş bir sıra yarıtmaz kadrların rəhbər vəzifələrdən kənarlaşdırılması sadə insanlar tərəfindən çox böyük razılıq hissi ilə qarşılanır.

Bəli, şəxsən mən özüm bugün bir neçə tibb mərkəzinin direktoru və baş həkimini tanıyıram ki, o şəxslər özlərini elə ilahiləşdiriblər ki, heç hansısa bir nazir özünü elə aparmır... və əlbəttə ki, elə direktorlar da, belə baş həkimlər də o layiq olmadıqları kreslolardan qaldırılmalıdır və Anar Bayramov da bugün sözün həqiqi mənasında məhz bunu edir...

Hər birimizə çox yaxşı məlumdur ki, Ümummilli dahi Liderimiz əbədiyaşar Heydər Əliyev səhiyyənin inkişafına böyük önəm verirdi.

Bəli, Anar Bayramov da bugün məhz Ulu Öndər əbədiyaşar Heydər Əliyev ideyalarını həyata keçirir və ölkədə məhz Ulu Öndərin görmək istədiyi tam şəffaf, müasir və modern bir səhiyyə sistemi qurur.

Bəli, Anar Bayramov bugün sözün həqiqi mənasında səhiyyə sistemini nöqsanlardan təmizləyir və şəffaf idarəetmə sistemi yaradır ki, bu da yalnız alqışa layiq bir haldır.

Kainatpress.tv internet televiziyası olaraq biz də Anar Bayramovu ürəkdən dəstəkləyir, ona çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq.



 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 


Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.