Gündəm
Azərbaycan xalqının tarixində mühüm yer tutan tarixi hadisələrdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür.
Bu gün ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində və sabitliyin bərpa olunmasında mühüm rol oynayan əlamətdar bir tarixdir.
Hər birimizə çox yaxşı məlumdur ki, 1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb siyasi və iqtisadi vəziyyətlə üzləşmişdi.
Hansı ki, həmin vaxt ölkədə hakimiyyət böhranı, daxili qarşıdurmalar və qeyri-sabitlik hökm sürürdü.
Bəli, bu bir həqiqətdir ki, məhz həmin o çətin dövrdə Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.
Bəli, məhz belə bir çətin dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Bu hadisə Azərbaycan tarixində dönüş nöqtəsi oldu və məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik bərpa edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət quruculuğu prosesi sürətləndirildi.
Bəli, məhz Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycanın inkişafına geniş imkanlar yaratdı.
Bütün bunlar nəzərə alınaraq 1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 15 İyun tarixi rəsmi olaraq Milli Qurtuluş Günü elan edildi.
Elə həmin vaxtdan da bu gün Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik ənənələrinin təntənəsi kimi qeyd olunur.
Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət daşıyır.
Çünki bu gün bizə dövlət müstəqilliyinin qorunmasının, milli birliyin və güclü dövlətin nə qədər vacib olduğunu xatırladır.
Danılmaz həqiqətdir ki, məhz həmin tarixdən başlayaraq Azərbaycan inkişaf və tərəqqi yoluna qədəm qoymuş, regionun güclü dövlətlərindən birinə çevrilmişdir.
Bəli, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm rol oynamış tarixi bir gündür.
Bu gün dövlətçiliyimizin xilası, sabitliyin bərpası və müasir Azərbaycanın inkişafının başlanğıcı kimi hər il bütün ölkə ərazisində böyük ehtiramla qeyd edilir.
Bayramınız mübarək!
Şəddat Cəfərov - Azərbaycanın ilk poliqrafçı alimi


Rəy yazın