Reklam

Tovuzda məktəblilər üçün xüsusi seminar keçirilib

Təhsil

 Təhsilalanların vergi mədəniyyətinin və maliyyə savadlılığının artırılması məqsədi ilə Tovuz rayon Sahib İsgəndərov adına Əyyublu kənd orta məktəbində maarifləndirici seminar təşkil olunmuşdur.

 
Seminar zamanı iştirakçılara vergi mədəniyyətinin formalaşdırılması, maliyyə resurslarının düzgün idarə olunması, büdcə planlaşdırılması və maliyyə məsuliyyəti mövzularında ətraflı məlumat verilmişdir.
Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təsdiq etdiyi 2026-cı il üzrə Tədbirlər Planına uyğun olaraq keçirilmişdir.
 
Bu cür tədbirlər şagirdlərin maliyyə savadlılığının yüksəldilməsinə, gələcəkdə məsuliyyətli vətəndaş kimi formalaşmalarına mühüm töhfə verir.
  Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.