Reklam

Tovuzda su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd olunub

İqtisadiyyat

 Tovuzda 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” ilə əlaqədar  tədbir keçirilib.
    Əvvəlcə Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova və Tovuz Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi Ümumilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar. 
  Daha sonra RİH başçısını müavini Təranə Bayramova rayon rəhbərliyi adından peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.

 Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.


    Tovuz Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin fərqlənən bir qrup əməkdaşları Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib. 
     

  Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.