Reklam

Kainatpress.tv bugün 1 yaşını qeyd edir

Gündəm

Dəyərli Kainatpress.tv izləyiciləri bugün fəaliyyətə başlamağımızın bir ili tamam olur.

 Ötən bir il ərzində fəaliyyətimizə dəstək göstərən, həmişəyaşar əbədi liderimiz Heydər Əliyev irsinin təbliğatçısı olan bütün dostlarımıza ürəkdən təşəkkür edirəm.

Əlbəttə ki, bir il az müddət deyil və bu bir ildə fəaliyyətimizə dəstək olan insanlarla yanaşı dövlətin verdiyi kresloda oturub dəbdəbəli kabinetinin qapısını üzümüzə bağlayanları da gördük, fəaliyyətimizi bəyənməyənləri də və hətta başının üstündə Heydər Əliyevin portretini asıb bizə sənin işin gücün yoxdur? deyib bizi qınayanlar da oldu...

Əlbəttə ki, bütün bunlar bizi qətiyyən ruhdan salmadı və biz öz nizamnaməmizə də, fəaliyyət proqramımıza da, ən əsası da əqidəmizə də hər an sadiq qaldıq.

 Çünki biz Heydər Əliyev məktəbinin yetirmələriyik. Çünki biz Heydər Əliyev irsinin təbliğatçılarıyıq.

Dəyərli Kainatpress.tv komandası, əziz həmkarlarım Kainatpress.tv internet televiziyasının fəaliyyətə başlamasının bir ili münasibətilə hər birinizi ürəkdən təbrik edirəm.

 1 yaşınız mübarək! 


 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 


Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.