Reklam

Tovuz şəhərində yeni - "məhəllə mini futbol meydançaları" istifadəyə verilib

İdman

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət siyasətində idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və müasir idman infrastrukturunun yaradılması əsas prioritet istiqamətlərdən biri kimi xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin bütün bölgələrində idmanın kütləviləşdirilməsi, xüsusilə uşaqların və yeniyetmələrin sağlam ruhda formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə mühüm layihələr ardıcıl şəkildə icra olunur. 

 Bu istiqamətdə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Tovuz şəhəri ərazisində iki ünvanda mini məhəllə futbol meydançası yaradılmışdır. Müasir tələblərə uyğun şəkildə qurulan meydançalar məhəllə futbolunun inkişafına, kiçik yaşlı uşaqlarda futbola maraq və sevginin artırılmasına xidmət edəcəkdir.

    Layihənin əsas məqsədlərindən biri də gələcəkdə yüksək liqalarda çıxış edən klublarımıza yerli və peşəkar futbolçular qazandırmaq, regionlarda futbol ənənələrini daha da gücləndirməkdir. Yeni yaradılan mini futbol meydançaları uşaqların idmana cəlb olunmasına, onların fiziki və mənəvi inkişafına mühüm töhfə verəcəkdir.  Tovuz Rayon İcra Hakimiyyəti bundan sonra da rayonda idmanın inkişafı, sağlam gəncliyin formalaşdırılması və müasir idman infrastrukturunun genişləndirilməsi istiqamətində tədbirləri davam etdirəcəkdir.
  Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.