Heç kimə sirr deyil ki, dünyada ən ilginc, böhtançı və nağara müxalifəti yalnız Azərbaycandadır. Bu savadsız kloun yığını sözün əsl mənasında peşəkar aktyorlardır. Bəli, bugün siyasət sözünün nə demək olduğunu və siyasətin nə olduğunu belə bilməyən bu nağara müxalifəti üçün siyasət yalnız bir teatr səhnəsidir. Elə buna görə də bu qaraguruhçular o teatrın səhnəsində öz kuklalarından tez-tez "siyasi məhbus" obrazı düzəldirlər və öz uydurma tamaşalarının ilk premyerasını da hər dəfə xarici havadarlarına nümayiş etdirməklə öz iyrənc xislətlərini ortaya qoymuş olurlar. Ən gülünc məqam isə odur ki, müxalifətin bu kukla teatrının "baş rejissoru" olan Əli Kərimli ixtisasca hüquqşünasdır. Bəli, hüquq təhsili olan hər bir kəs, o cümlədən də Əli Kərimli çox yaxşı bilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində bugün "siyasi baxışları" cinayət əməli kimi nəzərdə tutan heç bir maddə yoxdur. Azərbaycan demokratik hüquqi dünyəvi dövlətdir və Azərbaycan Respublikasının bugün qüvvədə olan Cinayət Məcəlləsi də beynəlxalq humanizm prinsiplərinə əsaslanmaqla cinayət təqibi ilə yanaşı, hətta təqsirsizlik prezumpsiyası ( Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddə 21) hüququnu da təmin edir. Bəli, bugün Azərbaycan Respublikasında heç kim siyasi baxışlarına görə təqib edilmir, bugün heç kim siyasi baxışlarına görə təqsirli bilinmir. Bugün heç kimə siyasi baxışlarına görə Hökm oxunmur. Bəli, bugün müxalifətin məqsədli şəkildə "siyasi məhbus" obrazı yaratdığı kuklaların hər biri törətmiş olduğları cinayət əməlləri nəticəsində əməlləri ağlabatan müddətdə araşdırılmaqla tam sübuta yetirilməklə, təqsirli bilinərək məhkum olunublar və həmin "siyasi məhbus" obrazı yaradan kuklaların hər birinin cinayət işi üzrə zərərçəkmiş şəxslər, həmin cinayət əməllərinin törədilməsinin şahidi olmuş şəxslər var. Əlbəttə ki, bu kuklaların törətmiş olduğları cinayət əməllərindən zərərçəkmiş şəxslər qətiyyən onların siyasi baxışlarına görə yox, həmin kuklaların onlara vurduğu maddi mənəvi zərərə görə cinayət məsuliyyətinə cəlb edilmələrini tələb ediblər və məhz törətdikləri cinayət əməlləri sübuta yetirilməklə bu kuklalar cinayət məsuliyyətinə cəlb edilib. Bəli, qaraguruhçu nağara müxalifəti isə bu kuklaların cinayət əməllərini məqsədli şəkildə siyasiləşdirərək utanmazcasına onlardan "siyasi məhbus" obrazı yaratmağa çalışır. Hansı ki, Azərbaycan demokratik hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir. Bəli, bugün heç kim hesab etməməlidir ki, siyasətlə məşğul olmaq, müxalifəti dəstəkləmək, qazi olmaq və ya şəhid ailəsinin üzvü olmaq toxunulmazdır, xeyr! Cinayət əməli törətmiş hər bir şəxs - siyasətçi də, müxalifətçi də, qazi də, şəhid ailəsinin üzvü də qanun qarşısında məsuliyyət daşıyır. Ona görə də nağara müxalifətinin bugün ölkədə "siyasi məhbus" obrazı yaratması absurd və gülüncdür.
H. Hacızadə "kainatpress.tv" internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın