Reklam

İlham Əliyev əbədi prezidentimiz, qalib liderimizdir!

Gündəm

 Azərbaycan xalqının müasir tarixində xüsusi yeri olan möhtərəm prezidentimiz cənab İlham Əliyev dövlətimizin güclənməsi, xalqımızın rifahının yüksəlməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində misilsiz xidmətlər göstərmişdir.

 
 Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətlərindən birinə çevrilmiş, ölkədə siyasi sabitlik və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə olunmuşdur.
 
Cənab İlham Əliyevin uzaqgörən uğurlu siyasəti, qətiyyəti və xalqına bağlılığı hər zaman yüksək dəyərləndirilməkdədir. 
 
 Danılmaz həqiqətdir ki,  cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirmişdir.
 
 Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə yeni yollar, məktəblər, xəstəxanalar tikilmiş, müasir infrastruktur layihələri həyata keçirilmiş,  əhalinin sosial rifah halı yaxşılaşdırılmışdır.
 
 Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər cənab İlham Əliyevin güclü liderliyinin bariz nümunəsidir.
 
 Bəli, məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci və böyük qürur hissi yaşatmışdır.
 
 Qeyd etmək lazımdır ki, bu qələbə yalnız hərbi uğur deyil, həm də milli birliyin, Prezident-Xalq həmrəyliyinin təntənəsidir.
 
 Qeyd etmək lazımdır ki,  Prezident cənab İlham Əliyev beynəlxalq arenada da Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə edir və onun apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin dünya dövlətləri ilə əlaqələri daha da genişlənərək Azərbaycan etibarlı tərəfdaş kimi tanınmışdır.
 
Bu gün Azərbaycan xalqı öz lideri ilə fəxr edir.
 
 Cənab İlham Əliyev təkcə bir dövlət başçısı deyil, həm də xalqını daim düşünən, onun gələcəyi üçün çalışan güclü siyasi xadimdir. 
 
  Bəli, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gündən günə daha da inkişaf edir, güclənir və yeni uğurlara doğru inamla addımlayır.
 
  Bugün Xalqımız inanır ki, cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz gələcəkdə də daha böyük nailiyyətlər qazanacaq və daim zirvədə olacaqdır.
 
 Bəli, məhz buna görə də cənab İlham Əliyev əbədi prezidentimiz, qalib liderimizdir.
 
 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.