


Yasamal rayonunda yeni uşaq bağçası fəaliyyətə başladı. Şəfayət Mehdiyev küçəsi 110 ünvanında yerləşən "Humay" uşaq bağçası 40 nəfər uşaq üçün nəzərdə tutulub. Uşaqlar üçün hər bir şəraitlə təchiz olunan bu bağçada uşaqlar həftədə bir dəfə olmaqla hamamla, gündəlik 5 dəfə olmaqla yüksək keyfiyyətli qidalanma ilə təmin edilir. Bundan başqa bağçada qiraət otağı geniş həyət və günorta yuxusu üçün yataq otaqları da təşkil edilib. Bağça 24 saat videokamera müşahidəsi altındadır ki, valideynlər də mobil telefonlarından öz övladlarını izləmək imkanına malikdirlər. Bağçada uşaqların sağlamlığı və təhlükəsizliyinə ciddi şəkildə nəzarət olunur.
Nigar Kamal. Kainatpress.tv



Rəy yazın