Reklam

Heydər Əliyev Azərbaycanı və Azərbaycanlıların əbədiyaşar ölməz lideri Heydər Əliyev

Gündəm

 Dünyanın nadir tarixi dahi şəxsiyyətlərindən biri olan Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixində silinməz iz qoymuş, dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynamış böyük siyasi xadimdir. 

 
 Heydər Əliyevin adı müasir Azərbaycanın quruculuğu, inkişafı və dünya miqyasında tanınması ilə ayrılmaz şəkildə bağlıdır.
 
Bəli, məhz elə buna görə də bugün biz böyük qürur hissi ilə Azərbaycanı Heydər Əliyev Azərbaycanı adlandıra bilərik. Çünki Azərbaycanı Heydər Əliyevsiz Heydər Əliyevi də Azərbaycansız təsəvvür etmək mümkün deyil və Azərbaycanın müstəqilliyini qoruyub saxlayan, onu parçalanmaq təhlükəsindən xilas etmiş bir şəxs kimi Azərbaycan həqiqətən də elə Heydər Əliyev Azərbaycanıdır.
 
 Təsadüfi deyil ki, Heydər Əliyev yalnız bir siyasətçi kimi deyil, həm də xalqını sonsuz məhəbbətlə sevən, milli maraqları hər şeydən üstün tutan dahi lider kimi xatırlanır və milyonlarla Azərbaycanlının qəlbində əbədi olaraq yaşayır.
 
 Hələ gənclik illərindən yüksək zəka, idarəçilik bacarığı və vətənpərvərliyi ilə seçilən Heydər Əliyev sonralar Azərbaycanın siyasi həyatında mühüm mövqe tutmuş və harada hansı vəzifədə olmasından asılı olmayaraq milli mənəvi dəyərlərə, və Azərbaycançılıq prinsiplərinə hər zaman sadiq qalmışdır.
 
 Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldikdən sonra respublikanın iqtisadi, mədəni və sosial inkişafında böyük dönüş yaratmış, ölkədə çoxlu sayda zavodlar, fabriklər, məktəblər və mədəniyyət ocaqlarının tikilməsinə nail ola bilmiş, böyük uzaqgörənliklə milli kadrların hazırlanmasına hər zaman xüsusi diqqət yetirmişdir.
 
 Danılmaz faktdır ki, xalqın təkidli tələbi ilə Azərbaycanın ən çətin bir dövründə xalqın xilaskarı kimi yenidən hakimiyyətə qayıdan Heydər Əliyev çox qısa bir zamanda ölkədə sabitliyi təmin etmiş, dövlətçiliyin məhv olmasının qarşısını böyük məharətlə almışdır.
 
 Bəli, məhz Ümummilli Lider Heydər Əliyev ölkədə vətəndaş qarşıdurmasını aradan qaldırmış, nizami ordu quruculuğuna başlamış və Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirmişdir.
 
 Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyevin həyata keçirdiyi ən mühüm layihələrdən biri 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” olmuşdur ki, bu müqavilə bilavasitə məhz Heydər Əliyevin qətiyyəti və şəxsi nüfuzu sayəsində gerçəkləşmişdir.
 
  Heydər Əliyevin sayəsində gerçəkləşən həmin "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafına böyük təkan vermiş, ölkəmizin dünya iqtisadiyyatında mühüm yer tutmasına böyük şərait yaratmışdır. 
 
 Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilmişdir.
 
Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirmişdir.
 
 Heydər Əliyevin başlıca məqsədi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətin təbliği, gənclərin vətənpərvər ruhda yetişdirilməsi olmuşdur. 
 
 Heydər Əliyev həmişə xalqına arxalanır, xalq isə ona sonsuz sevgi və etimad bəsləyirdi.
 
Bu gün də Heydər Əliyevin ideyaları yaşayır və inkişaf edir. 
 
 Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bugün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
 
 Bəli, bugün möhtərəm prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir.
 
 Bugün Azərbaycanın əldə etdiyi nailiyyətlər durmadan artır, ölkəmiz sürətlə inkişaf edir.
 
  Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev yalnız bir dövrün lideri deyil, bütöv bir xalqın taleyini dəyişən böyük dahi şəxsiyyətdir və məhz buna görə də Heydər Əliyev Azərbaycanı və Azərbaycanlıların əbədiyaşar, ölməz lideri Heydər Əliyev daim əbədi yaşayacaqdır.
 
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.