Reklam

Bugün böyük tarixi dahi şəxsiyyət həmişəyaşar Heydər Əliyevin doğum günüdür!

Gündəm

 Heydər Əliyev Azərbaycan xalqının tarixində mühüm iz qoymuş böyük dahi şəxsiyyətdir.

 
Hər il may ayının 10-u ölkəmizdə onun doğum günü hörmət və ehtiramla qeyd olunur.
 
 Bu gün yalnız bir insanın doğum günü deyil, həm də müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış unudulmaz dahi liderin xatirəsinin yad edildiyi əlamətdar gündür.
 
Heydər Əliyev 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 
 
Böyük tarixi dahi şəxsiyyət Heydər Əliyev uzun illər dövlət idarəçiliyi sahəsində çalışaraq Azərbaycanın inkişafı üçün misilsiz xidmətlər göstərmişdir.
 
 Xüsusilə ölkənin müstəqillik qazandıqdan sonrakı çətin və mürəkkəb dövründə məhz Heydər Əliyev Azərbaycanı siyasi böhrandan və parçalanma təhlükəsindən xilas etmişdir.
 
 Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkədə sabitlik bərqərar olmuş, iqtisadi inkişafın əsası qoyulmuşdur.
 
Qeyd etmək lazımdır ki,Heydər Əliyevin fəaliyyəti yalnız siyasətlə məhdudlaşmamış, o təhsilin, mədəniyyətin, elmin və gənclərin inkişafına da xüsusi diqqət yetirmişdir.
 
 Heydər Əliyevin təşəbbüsü ilə bir çox məktəblər, mədəniyyət ocaqları və mühüm layihələr həyata keçirilmişdir. 
 
 Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və dünya miqyasında tanıdılması istiqamətində də bir sıra böyük işlər görülmüşdür.
 
Bu gün Azərbaycan xalqı böyük tarixi dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad edir.
 
 Heydər Əliyevin ideyaları və dövlətçilik prinsipləri müasir Azərbaycanın inkişaf yolunda çox böyük mühüm əhəmiyyət kəsb edir.
 
 Bugünkü gənc nəsil üçün Heydər Əliyevin həyat və fəaliyyəti vətənpərvərlik, əzm və xalqa xidmət nümunəsidir.
 
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin doğum günü Azərbaycan xalqı üçün xüsusi məna daşıyan ən əlamətdar bir gündür.
 
 Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq və o əbədi olaraq qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.
 
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.