Reklam

Heydər Əliyev - Müasir dövrün ən genişmiqyaslı aqrar islahatlarının müəllifi

Siyasət

 Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkənin siyasi, iqtisadi və sosial inkişafında misilsiz xidmətlər göstərmişdir.

 
 Böyük tarixi dahi şəxsiyyət olan Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən aqrar islahatlar və torpağın kəndliyə qaytarılması Azərbaycan kənd təsərrüfatının inkişafında böyük dönüş nöqtəsi olmuş, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə və kənd əhalisinin rifahının yüksəlməsinə güclü təkan vermişdir.
 
 Məhz buna görə də Ümummilli Lider Heydər Əliyev müasir dövrün ən genişmiqyaslı aqrar islahatlarının müəllifi kimi tarixə düşmüşdür.
 
 Hər birimizə yaxşı məlumdur ki, XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkə ağır iqtisadi böhran, torpaq münasibətlərində qarışıqlıq və kənd təsərrüfatında geriləmə ilə üz-üzə qalmışdı.
 
 Həmin o çətin dövrdə Sovet idarəetmə sistemindən qalma kolxoz və sovxozlar artıq özünü doğrultmur, kənd təsərrüfatında məhsuldarlıq aşağı düşürdü. 
 
Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkənin iqtisadi dirçəlişi üçün aqrar sahəyə xüsusi diqqət ayırdı.
 
 1995-ci ildən başlayaraq məhz Heydər Əliyevin  təşəbbüsü və bilavasitə rəhbərliyi ilə geniş aqrar islahatlara start verildi. 
 
 Ölkədə İlk növbədə torpaq islahatı həyata keçirildi.
 
 “Torpaq islahatı haqqında” qanunun qəbul olunması nəticəsində torpaqlar kəndlilərə pulsuz olaraq paylandı. 
 
 
Bu addım Azərbaycan tarixində çox böyük mühüm bir hadisə idi.
 
 Çünki Ümummilli Lider Heydər Əliyevin sayəsində ilk dəfə olaraq kəndli torpağın həqiqi sahibi oldu və kəndlininöz əməyinin nəticəsinə marağı artdı, kəndlərdə yeni bir dirçəliş canlandı.
 
 Onu da qeyd edək ki, Heydər Əliyevin həyata keçirdiyi aqrar siyasətin əsas məqsədi kənd təsərrüfatını bazar iqtisadiyyatı prinsiplərinə uyğun inkişaf etdirmək idi.
 
 Bəli, məhz bu siyasət nəticəsində kolxoz və sovxoz sistemi ləğv edildi, ölkədə çoxlu sayda kəndli fermer təsərrüfatları yaradıldı, sahibkarlığın inkişafına geniş imkanlar açıldı. 
 
Dövlət kənd təsərrüfatı istehsalçılarına vergi güzəştləri tətbiq etdi, texnika və yanacaq təminatında dəstək göstərdi.
 
 Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin uğurla həyata keçirdiyi aqrar islahatlar nəticəsində kənd təsərrüfatında məhsul istehsalı ildən-ilə artmağa başladı.
 
 Xüsusilə qeyd etmək lazımdır ki,Ümummilli Lider Heydər Əliyev kənd təsərrüfatının inkişafını yalnız iqtisadi məsələ kimi deyil, həm də sosial rifah məsələsi kimi qiymətləndirirdi. 
 
 Danılmaz həqiqətdir ki, Heydər Əliyevin həyata keçirdiyi aqrar islahatlar kənd yerlərində işsizliyin azalmasına, insanların maddi vəziyyətinin yaxşılaşmasına və kəndlərin sosial inkişafına mühüm təsir göstərdi.
 
 Ölkədə həyata keçirilən uğurlu aqrar islahatlar nəticəsində fermerlər müstəqil fəaliyyət göstərərək öz gəlirlərini artırmağa başladılar. 
 
 Əlbəttə ki, bu isə kənd əhalisinin dövlətə və gələcəyə inamını gücləndirdi.
 
 Böyük tarixi dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi aqrar inkişaf strategiyası möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
 
 Bəli, bugün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının modernləşdirilməsi, subsidiyaların artırılması, aqroparkların yaradılması və müasir texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılır. 
 
Bu siyasətin əsasında isə məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi uğurlu inkişaf yolu dayanır.
 
 Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyevin həyata keçirdiyi aqrar islahatlar Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynamışdır.
 
 Heydər Əliyevin uzaqgörən, qətiyyətli və düşünülmüş siyasəti nəticəsində kənd təsərrüfatı qısa bir vaxt ərzində böhrandan çıxaraq inkişaf mərhələsinə qədəm qoydu və minlərlə insan torpaq sahibi oldu. 
 
 Bəli, məhz bu səbəbdən də Ümummilli Lider Heydər Əliyev müasir dövrün ən genişmiqyaslı aqrar islahatlarının müəllifi kimi Azərbaycan tarixində əbədi yaşayacaqdır.
 
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.