Kriminal
Dəyərli kainatpress.tv izləyiciləri son günlər bir çox xəbər saytlarının böyük həvəslə, sanki sevinc içərisində paylaşdıqları Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elgiz İsmayılovun sərəncama götürülməsi xəbəri məni bu yazını yazmağa məcbur etdi.
Bildiyiniz kimi cəzaçəkmə müəssisələri hər növ müxtəlif cinayət əməllərinin törədilməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin saxlanıldığı penitensiar müəssisələrdir.
Penitensiar müəssisələrdə xidmətin düzgün təşkil olunması və əməliyyat şəraitinin nəzarətdə saxlanılması isə olduqca mürəkkəb və peşəkarlıq tələb edən çox ciddi bir məsələdir.
Əlbəttə ki, belə çətin bir sahədə xidmətin səmərəli aparılması üçün peşəkar kadrlara ehtiyac çox böyükdür.
Peşəkar olmaq üçün isə illərin təcrübəsi və penitensiar psixologiyanı bilmək ən vacib şərtdir.
Çox maraqlıdır ki, son on ildə bu sahədə sözün həqiqi mənasında peşəkarlar, illərin təcrübəsinə sahib olan, penitensiar psixologiyanın incəliklərini və əməliyyat şəraitinin qiymətləndirilməsini dərindən bilən təcrübəli kadrlar birmənalı şəkildə xidmətdən uzaqlaşdırılır və yaxud da kimlərsə də nədənsə incik düşərək öz raportu ilə bu sahəni tərk edib gedir...
Bugün də Elgiz İsmayılov kimi peşəkar, illərin təcrübəsinə malik bir insanın gözlənilmədən sərəncama götürülməsi heç də arzuolunan deyil...
Ümid edirik ki, Elgiz İsmayılov kimi peşəkar bir kadrın yeni təyinatı ilə bağlı yaxın günlərdə müvafiq sərəncam veriləcəkdir.
Qabil Kazımov - Kainatpress.tv internet televiziyasının direktor müavini



Rəy yazın