Reklam

Su altında qalan Qaradağ rayonu və yarıtmaz Sultan Əmiraslanov idarəçiliyi...

İqtisadiyyat

 Dəyərli Kainatpress.tv izləyiciləri bildiyiniz kimi normadan artıq yağan son yağışlar zamanı subasmaya ən çox məruz qalan rayonlardan biri də paytaxtın Qaradağ rayonu oldu.

 
Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Su Təchizatı Xidmətinin Qaradağ Rayon Su Kanal İdarəsinin rəisi Sultan Əmiraslanovdur.
 
Sultan Əmiraslanov 2023-cü ildə Binəqədi Rayon Su Kanal İdarəsinə rəis təyin olunsa da təxminən bir ildən sonra 308 min 600 nəfərdən çox əhalisi olan Binəqədi rayonundan azad edilərək Binəqədidən yarım dəfədən az - yəni, cəmi 117 min 700 nəfərdən çox əhalisi və 1080 km² ərazisi olan Qaradağ rayonuna - Qaradağ Rayon Su Kanal İdarəsinə rəis təyin olundu və həmin vaxtdan etibarən bu vəzifədədir.
 
Bəli, hələ Binəqədi Rayon Su Kanal İdarəsinin rəisi olarkən adı qohumbazlıq, dostlarını ətrafına toplaması, işçilərin incidilməsi və s. kimi bir çox qalmaqallı məsələlərdə hallanan Sultan Əmiraslanov il yarımdan artıqdır ki, Qaradağ Rayon Su Kanal İdarəsinin rəisidir...
 
Yəqin çoxunuzun yadındadır ki, Sultan Əmiraslanov Qaradağ Rayon Su Kanal İdarəsinə rəis təyin olunduqdan bir müddət sonra Qaradağ Rayon Su Kanal İdarəsinin baş mühəndisi İzmir Əmirovun hansısa mətbuat nümayəndəsi ilə telefon danışığı zamanı vətəndaşın ünvanına söylədiyi qeyri-etik ifadələr  sosial şəbəkələrdə geniş yayılmışdı...
 
Lakin təəssüflər olsun ki, Qaradağ Rayon Su Kanal İdarəsinin rəisi Sultan Əmiraslanov həmin vaxt belə ciddi bir məsələyə əhəmiyyət verməmişdi və baş mühəndis barəsində heç bir tənbeh tədbiri görməmişdi... Əlbəttə ki, təkcə Qaradağ rayon su idarəsində iyirmi ilə yaxın çalışan və mühəndislikdən baş mühəndis vəzifəsinə qədər yüksəlməyi bacaran İzmir Əmirovun hansısa vətəndaşın ünvanına qeyri-etik ifadələr işlətməsi adi bir təsadüf ola bilməzdi...
 
Bəli, bir baş mühəndisin hansısa mətbuat nümayəndəsi ilə telefon danışığı zamanı çox rahat şəkildə bir vətəndaşın ünvanına etikaya sığmayan qeyri-etik ifadələr işlətməsi və Qaradağ Rayon Su Kanal İdarəsinin rəisi Sultan Əmiraslanovun baş mühəndisin yol verdiyi belə ciddi bir səhvə biganə qalması özü ümumilikdə Qaradağ Rayon Su Kanal İdarəsinin vətəndaşlara qarşı olan dırnaqarası münasibətinin nəticəsidir ki, normadan artıq yağan son yağışlar zamanı subasmalara ən çox məruz qalan rayonlardan biri də məhz Qaradağ rayonu oldu və intensiv davam edən son yağışlar zamanı Qaradağ Rayon Su Kanal İdarəsinin yarıtmaz fəaliyyəti çox açıq şəkildə özünü göstərdi...
 
Kainatpress.tv internet televiziyası olaraq xatırlatmaq istərdik ki, möhtərəm prezidentimiz cənab İlham Əliyev hər zaman "hər bir məmur xalqın xidmətçisi olmalıdır!" deyir və cənab prezidentin məmurlara bu tövsiyəsi əlbəttə ki, Sultan Əmiraslanova da aiddir...
 
Yaşasın cənab İlham Əliyev! Yaşasın Heydər Əliyev ideyaları! Yaşasın sarsılmaz Hakimiyyət-Xalq birliyi!
 
 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.