Reklam

Bu ay ərzində paytaxta düşən yağıntının miqdarı aylıq normanın 542 % ni təşkil edib...

İqtisadiyyat

 

Son günlər ölkə ərazisində aramsız yağan intensiv yağışlarla əlaqədar Milli Hidrometeorologiya Xidmətindən Kainatpress.tv internet televiziyasına bildirilib ki, son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36.8 mm olub və bu, aylıq normanın 156 %-ni təşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 mm qeydə alınıb. Bu da aylıq normanın 508 %-nə bərabərdir.
 
Aylıq göstəricilərə gəldikdə isə 1988-ci ilin mart ayında ümumilikdə Bakıda və Abşeron yarımadasında 83 mm yağıntı düşmüş və bu, aylıq normanın 352 %-ni təşkil etmişdir. 2026-cı ilin mart ayının ötən 27 günü ərzində düşən yağıntının miqdarı 128 mm olub ki, bu da aylıq normanın 542 %-ni təşkil edir.
 
Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə rekord göstəricilərin yeniləndiyi qeydə alınıb.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.