İqtisadiyyat
Dəyərli Kainatpress.tv izləyiciləri bildiyiniz kimi son günlər ölkə ərazisində intensiv yağan güclü yağışlar, bir sıra xoşagəlməz mənzərələrin yaranması ilə nəticələnib və istər avtomobillərin, istərsə də piyadaların hərəkətində problemlər yaranıb.
Bəli, bir neçə gündür ki,təkcə paytaxt Bakıda deyil eləcə də digər iri şəhərlərdə və bir neçə kənd rayonlarında çayların daşması, avtomobil yollarının, eləcə də evlərin həyətyanı sahələrin su altında qalması müşahidə olunur və əlbəttə ki, bu da intensiv yağışların normadan artıq yağmasının nəticəsində yaranmış təbii hadisədir.
Maraqlısı odur ki, intensiv yağışların normadan artıq yağması təkcə paytaxtda deyil eləcə də ölkənin digər ərazilərində daşqınlarla və avtomobil yollarının, həyətyanı sahələrin su altında qalması ilə müşahidə olunsa da bir çox xəbər saytları yaranmış vəziyyətdən öz çirkin məqsədləri üçün istifadə edərək paytaxt Bakını hədəfə alırlar və utanmadan paytaxt rəhbərliyini günahlandırmağa çalışırlar.
Gəlin unutmayaq ki, bugün bütün ölkə ərazisində su-kanalizasiya məsələlərinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi rəhbərlik edir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin bilavasitə cavabdeh olduğu məsələyə görə paytaxt rəhbərliyini və ya hər hansı dövlət qurumlarını ittiham etmək düzgün yanaşma deyil.
Kainatpress.tv internet televiziyası olaraq xatırlatmaq istərdik ki, hazırda davam edən intensiv yağışlar ölkəmizdə son bir neçə ildə müşahidə olunmayıb və hazırda yağışların normadan artıq yağması nəticəsində təkcə paytaxt Bakıda deyil, ölkənin digər ərazilərində də avtomobil yollarının, həyətyanı sahələrin su altında qalması müşahidə olunur ki, buna misal olaraq da Abşeron-Xırdalan, Masazır, Sumqayıt, Quba, Goranboy və sair kimi bölgələri qeyd etmək olar.
Sonda onu da qeyd edək ki, son günlər intensiv davam edən yağışlar təkcə Azərbaycanda deyil qonşu Gürcüstan və Ermənistan ərazisinə də yağaraq qonşu ölkələrdə də təbiətə və insanlara ciddi ziyan vurub.
Ona görə də gəlin ədalətli olaq...



Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın