Reklam

Paytaxtda dəb halını alan qanunsuz artırmalar və "görməzdən gəlinən mənzərələr"...

İqtisadiyyat

 Dəyərli kainatpress.tv izləyiciləri bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə 2026-cı il memarlıq və şəhərsalma ili elan edilib.

 
Əlbəttə ki, möhtərəm cənab prezidentin bu sərəncamı ölkənin daha da gözəlləşməsinə və xüsusən də paytaxt Bakının, eləcə də regionların inkişafına xidmət edir.
 
Bəli, memarlıq və şəhərsalma ili deyilərkən ilk növbədə paytaxt Bakı ağla gəlir və möhtərəm cənab prezidentin 2026-cı ili memarlıq və şəhərsalma ili elan etməsindən sonra aidiyyatı tabe qurumlar tərəfindən paytaxtda aparılan inşaat tikinti işlərinə nəzarətin gücləndiriləcəyi və bu sahəyə diqqətin artırılacağı gözlənilirdi...
 
Təəssüflər olsun ki, son zamanlar paytaxt Bakıda bu gözləntinin tam əksi müşahidə olunmaqdadır.
 
Belə ki, son zamanlar paytaxtın bir sıra rayonlarında hələ əvvəllər inşa olunan və hazırda fəaliyyətdə olan bir neçə obyektdə sürətlə qanunsuz artırma işləri aparılır...
 
Maraqlısı isə odur ki, bu kimi qanunsuz artırma işlərinə himayədarlıq edən məşhur "tikinti dəllalı" da var ki, Müşviq kimi tanınan (Müşviq Məmmədov) həmin bu dırnaqarası "tikinti dəllalı" paytaxtda bir neçə obyektdə qanunsuz artırma işlərinin aparılmasına aşkar surətdə şəxsən himayədarlıq etməklə yanaşı artırma işləri yekunlaşdıqdan sonra da həmin artırmaların dırnaqarası şəkildə "qanuniləşdirilməsinə" vasitəçilik edir...
 
Maraqlıdır ki, heç bir rəsmi vəzifəsi olmayan lakin buna baxmayaraq qanunsuz artırmalara himayədarlıq edən və paytaxtda "artırmalar kralı" kimi tanınan bu dırnaqarası "tikinti dəllalı"nın özünə himayədarlıq edən görəsən kimdir???
 
Bəli, paytaxtın qanunsuz artırma işlərinə himayədarlıq edən bu "tikinti dəllalı"na himayədarlıq edənin kim olduğunu bilməsək də amma onun himayəsi altında aparılan artırma işlərinə aidiyyatı qurumlar tərəfindən dırnaqarası şəkildə göz yumulması da göz qabağındadır...
 
Dəyərli kainatpress.tv izləyiciləri kainatpress.tv internet televiziyası olaraq mövzunu nəzarətdə saxlayacağıq. (ardı var)
 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.