Kriminal
Dəyərli Kainatpress.tv izləyiciləri bugün sizlərə iş adamı Niftəliyev Qəzənfər Əkbər oğlunun təsisçisi və direktoru olduğu "İpək Yolu" MMC də baş verən qalmaqal haqqında məlumat verəcəyik.
Belə ki, cəmiyyətin direktoru Qəzənfər Niftəliyev 50 nəfərdən çox işçinin çalışdığı bu istehsalat müəssisəsində 2018-2021 ci illər ərzində 228 min 277 manat məbləğində pul vəsaitinin mənimsənildiyini iddia edir.
Qəzənfər Niftəliyevin iddialarına görə həmin məbləğ 2018-2021 ci illərdə cəmiyyətdə mühasib kimi fəaliyyət göstərmiş xanım tərəfindən mənimsənilmişdir. Cəmiyyətdə baş vermiş bu cinayət əməlinin üstü isə 24 dekabr 2022-ci il tarixdə aparılmış "audit yoxlaması"ndan sonra açılmışdır.
Belə ki, Auditorlar Palatası tərəfindən verilən rəyə əsasən məlum olmuşdur ki, cəmiyyətə ümumilikdə 228 min 277 manat məbləğində maddi ziyan dəymişdir.
İş adamı Qəzənfər Niftəliyevin dediyinə görə, ona sonradan məlum olmuşdur ki, həmin mühasib xanım 228 min 277 manat təşkil edən bu məbləği özünün bir neçə yaxın qohumu ilə əlbir olaraq mənimsəyib.
Qəzənfər Niftəliyevin dediyinə görə, xanım mühasib tərəfindən cəmiyyətə məxsus pul vəsaitinin mənimsənildiyi kifayət qədər mötəbər sübutlarla da öz təsdiqini tapıb.
Kainatpress.tv internet televiziyasının redaksiyasına müraciət edən Qəzənfər Niftəliyev məsələ ilə bağlı hüquq mühafizə orqanlarına rəsmi müraciət etdiyini qeyd edərək bildirir ki, xanım mühasib tərəfindən cəmiyyətə vurulmuş külli miqdarda maddi ziyan səbəbindən bugün 50 nəfərdən çox işçinin çalışdığı istehsal müəssisəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Cəmiyyətin külli miqdarda maddi vəsaitini mənimsəyən şəxslər isə nə əməlini etiraf edir, nə də vurduqları maddi ziyanı qaytarmırlar...
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının bugün demokratik hüquqi dövlət olduğunu qeyd edən Qəzənfər Niftəliyev Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsindən ötrü bütün hüquq mühafizə orqanlarına müraciət etdiyini qeyd edərək cəmiyyətə külli miqdarda maddi ziyan vurmuş şəxslərin məsuliyyətə cəlb ediləcəyinə və dəymiş ziyanın ödənilməsi üçün qəti şəkildə tədbirlərin görüləcəyinə inandığını bildirir...
Niyaz - xüsusi müxbir



Rəy yazın