İqtisadiyyat
2025-ci təsərrüfat ilində respublika ərazisində 2643,0 ha sahədə tütün əkilmiş, həmin sahənin 24,2 hektarında normal çıxış alınmadığı üçün çıxdaş olunmuşdur. Qalan 2624,8 sahədən 6478,2 ton quru yarpaq məhsulu əldə olunaraq emal müəssisələrinə təhvil verilmişdir. Respublika üzrə orta məhsuldarlıq 24,7 s/ha təşkil etmişdir. Bu da ötən illə üqayisədə 1,6 s/ha çox olmuşdur.
Respublikanın tütünçüçüklə məşğul olan iqtisadi rayonlarında əsasən Amerika mənşəli Virciniya tipinə aid olan CC-35, CC-143, NC- 291, NC -297, İTB-6184, Berley, həmçinin yerli “İmmunnıy-580”, “Zaqatala İriyarpaqlısı və digər tütün sortları becərilir.
Hazırda respublika üzrə becərilən tütün sortları arasında ənənəvi sortlara nisbətən məhsuldarlığı daha yuxarı olan “Virciniya” qrupuna daxıl olan ətirli sortların payı 80% təşkil edir. Belə ki, bu qrupa daxil olan “Virciniya NC 291” və “Virciniya CC 35” sortları yüksək quru yarpaq məhsu və yüksək yarpaq çıxımı verdiyi üçün (orta hesabla 35-40 s/ha) ənənəvi tütün sortlarına (“İmmuniy 580”, “Zaqatala İriyarpaqlısı”) nisbətən emal müəssisələrinin yalnız bu sortların məhsulunu qəbul etməsi, alış qiymətinin və ayrılan subsidiya məbləğinin yerli və ənənəvi sortlara nisbətən yüksək olması onların geniş sahələrdə becərilməsinə səbəb olmuşdur.
Nəzrinizə çatdırım ki, tütün bitkisinin becərilməsində ən çox əl əməyindən istifadə olunur. Çünki, ilkin şitilxanaların yaradılmasından başlayaraq tütün dərilməsinə qədər olan bütün proseslər ələ icra olunur. Bu da 1 hektar sahənin becərilməsinə çəkilən izafi xərclərin artması ilə nəticələnir və nəticədə tütünün maya dəyəri çoxalır. Hesab edirəm ki, tütün istehsalında ən böyük problem elə bununla bağlıdır. Yəni müəyyən sahələrdə tütünün basdırılmasında şitiləkən texnikalardan istifadə olunmasına baxmayaraq hələ də çox fermerlərimiz tütün şitillərini ələ basdırırlar. Yəqin ki, bunu fermerlərimiz təsdiq edərlər. Ona görə də bu problemin aradan qaldırılması üçün təsərrüfatlara vacib olan texnikaların ayrılmasınin təşkil olunması çox vacibdir. Həmçinin tütün yarpaqlarının qurudulması üçün odlaqurutma kameraların azlığıda fermerlər üçün əlavə problemlərin yaranmasına səbəb olur. Belə ki, dərilmiş yaş yarpaqlar dərimdən sonra ən geci 3-4 sast ərzində qəbul məntəqələrində kameralara yerləşdirilməlidir. Lakin bəzən bu hallar kameraların çatışmaması üzündən saatlarla növbə gözləməyə məcbur olurlar.
Ümumiyyətlə keyfiyyətli tütün bitkisinin istehsalı üçün qeyd etdiyim kimi müasir texnikaların alınması, yaş halda dərilmiş tütün yarpaqlarının qurudulması üçün odlaquruducu kameraların təşkili ən mühüm məsələlərdən biridir. Belə ki, şitillərin optimal müddətlərdə sahəyə əkilməsi, vaxtlı-vaxtında dərimlərin aparılması, daşınması və eləcədə kameralarda qurudulması tütünün keyfiyyət göstəricilərinə olduqca böyük təsiri vardır. Odur ki, sadalanan əməliyyatlar lazımi vaxtlarda yerinə yetirilərsə, o zamanda keyfiyyətli tütün xammalı əldə etmək mümükündür.
Qəbul məntəqələrində qurudulmuş quru yarpaq məhsulunun müasir tipli havalandırma sistemi ilə təhciz olunmuş anbarlarda təyin olunmuş nəmlikdə (19-21%) saxlanması ən önəmli məsələlərdən biridir. Belə ki, saxlanma zamanı tütün məhsulu qeyd olunan şərtlərə əməl olunmadığı halda tütün məhsulu tez xarab olur, xəstəliklərə tez yoluxur və nəticədə zay məhsul kimi alış qiyməti aşagı düşür. Ona görə də bu sahə üzrə faəliyyət göstərən mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür.
Onu da nəzərinizə çatdırım ki, tütün istehsalında ən böyü problemlərdən biri də onun toxumçuluğudur. Yuxarıda qeyd etdiyim kimi hazırda məhsul istehsalı rüspublika üzrə cəmi 6 min ton çivarındadır. Halbuki, respublikada fəaliyyət göstərən siqar və siqaret emalı müəssisələrinin xam tütün məmulatlarına olan illik tələbatı təxminən 12-14 min tona yaxındır. Ona görə də çatışmayan xam tütün və tütün məhsulları əsasən xarici ölkələrdən baha qiymətə alınaraq respublikaya idxal olunur. Eləcədə hazırda tütün toxumunun 1 kq-nın qiyməti dünya bazarında orta hesabla 6 min dollar dəyərindədir. Demək olar ki, hazırda respublikada bir kiloqram belə toxum istehsal olunmadığı üçün il ərzində tələb olunan 150-160 kq toxum materialı da kənardan idxal olunur və son nəticədə ölkədən küllü miqdarda valyuta çıxarılnasına şərait yaradır. Halbuki, vatıilə respublikanı bütünlüklə Əkinçilik ET İnstitunun baza təsərrüfatlarında istehsal olunan institutun əməkdaşları tərəfində yaradılmış sorlarla tam təmin olunurdu. Bugün də bu məsələ baza təsərrüfatlarımızda mövcuddur. Lakin nədənsə şirkətlər toxum məhsulunun xarici ölkələrdən alınmasın üstünlük verirlər. Bu isə əldə olunan məhsulun istehsal xərclərinin çoxalmasına gətirib çıxarır.
Sonda bildirmək istəyirəm ki, respublikamızda tütünçülüyün inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Respunlikanın ən böyük tütünçülük bazası hesab ounan Şəki-Zaqatala iqtisadi rayonları ilə yanaşı işğaldan azad olunmuş torpaqlarımızda vaxtılə geniş sahələrdə əkilən tütün bitkisinin sahələrini genişləndirərək ölkəmizə fayda vermiş olarıq və Əkinçilik ET İnstitutu olaraq bu işlərin reallaşması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Qabil Kazımov - Kainatpress.tv internet televiziyasının baş redaktor müavini 


Rəy yazın