Çəltiyin (düyü) vətəni Asiyadır. Yığımın 9/10-u Asiyanın payına düşür. Tropik və musson subtropikləri bitkisidir. İstiyə, rütubətə, gilli torpağa, hamar relyefə tələbkardır. Daha çox əməktutumludur. Əkin sahəsi buğdaya nisbətən 2 dəfə azdır, lakin ildə 2 dəfə məhsul götürmək əsasında yığımı buğda ilə təxminən eynidir. Əsas istehsalçıları Çin, Hindistan, İndoneziya, Tailand, Myanma, Banqladeş, Vyetnam, Yaponiya və s. ölkələrdir. Çəltik istehsalçıları həm də onun əsas istehlakçılarıdır. Beynəlxalq ticarəti buğdaya nisbətən məhduddur və əsasən, Asiyada gedir. İri ixracatçıları Tailand, Vyetnam, Myanma, əsasidxalçılarBanqladeş, Malayziya, Sinqapur və s.-dir.
Qarğıdalının vətəni Mərkəzi Amerikadır. Rütubətə və istiliyə tələbkardır. Qarğıdalı yığımının yarısı ABŞ-m, 1/3-i Latın Amerikası ölkələrinin (Braziliya, Meksika, Argentina) payına düşür. Bundan əlavə, qarğıdalı əkinləri Asiyada Şimal və Şərqi Çin, Şimali Hindistan, Kiçik Asiyanın Qara dəniz sahili, Afrikada Misir və CAR, Avropanın cənub və cənub-şərqində yayılmışdır. Əsas ixracatçılar ABŞ, Argentina, CAR, idxalçılar Avropa ölkələri (Böyük Britaniya, AFR, Niderland) və Yaponiyadır.
Afrikada hələ də Afrikanın bir sıra ölkələrində əhalinin əsas qidasıdır.
Texniki bitkilər sənaye üçün xammal kimi istifadə olunan bitkilərdir. Texniki bitkilər lifli (pambıq, sizal, kətan, kənaf, cut), şəkərli (şəkər qamışı, şəkər çuğunduru), yağlı (günəbaxan, soya, araxis, raps), efiryağlı, kauçukverən (heveya), dərman bitkiləri və s.-dən ibarətdir. Keçmişdə, əsasən, cənub ölkələrində becərilən şəkər qamışı, pambıq, cut, heveya, çay, qəhvə və s. “müstəmləkə bitkiləri” adlandırılırdı. Texniki bitkilərin bir çoxundan iki məqsədlə istifadə edilir (pambıq, kətan, çətənə həm lifli, həm də yağlı bitkilərdir).
Mülayim qurşağın bitkiləri- günəbaxan, kartof, kətan və şəkər çuğunduru
Tropik və subekvatorial qurşağın bitkiləri- Qəhvə, kakao, çay, şəkər qamışı, heveya, və s
Subtropik qurşağın bitkiləri (əsasən Aralıq dənizi tipi)– Zeytun, limon, portağal, üzüm və s-dir.
Pambıq tropik və subtropik enliyin quraq iqlimə malik regionlarında becərilir.
Şəkər qamışı plantasiyaları və qamış şəkərinin istehsalı, əsasən, Latın Amerikası və Asiyanın İOÖ-də (Braziliya, Hindistan, Kuba, Çin, Meksika, Pakistan, Kolumbiya, İndoneziya), həmçinin ABŞ və Avstraliyada toplanmışdır. İxracatçıları Braziliya, Avstraliya, Kuba və s., idxalçılar Avropa ölkələri, Yaponiya, ABŞ və s.-dir.
Şəkər çuğunduru mülayim qurşaq bitkisidir. Əsas istehsalçıları Fransa, Ukrayna, ABŞ, AFR, Rusiya, Çin, İtaliya, Polşa, Türkiyə və s.-dir. Çuğundur şəkərinin xarici ticarəti xeyli zəifdir, əsasən, daxili bazara xidmət edir.
Həm şəkər qamışı həm də şəkər çuğunduru becərən ölkələr: ABŞ və Çindir.
Pambıq- Lifli bitkilər arasında daha əhəmiyyətlidir. O, həm də yağlı bitkidir. Pambıq subtropik və tropiklərdə 20-40° şm.e. arasında daha geniş yayılıb. Böyümə dövründə rütubət, yetişmə dövründə isti və quru hava şəraiti tələb edir. Odur ki, süni suvarma rayonlarında becərilir. İllik yığımı 15-16 mln tondur. Əkin sahəsi və yığıma görə Asiya I, Amerika II, Afrika( Misir, Sudan) III-dür. Əsas istehsalçıları Çin, ABŞ, Hindistan, Özbəkistan, Pakistan, Braziliya, Meksika, Avstraliya, Türkiyə, Misir və s.-dir. İxracatçılar Braziliya, Meksika, Misir, Sudan, Özbəkistan, Türkmənistan, idxalçılar Avropa ölkələri və Yaponiyadır.
Kətan, Braziliya yaylalarında, Kür-Araz və Turan ovalıqlarında əkilir. Kətan mülayim enliklərdə əsasən qarışıq, enliyarpaq meşə qurşağında becərilən lifli texniki bitkidir. Əsas istehsalçıları Rusiya (Orta Rusiya), Ukrayna, Polşa, AFR, Belarus, Kanada və s-dir.
Çay-rütubətli tropik və subtropik iqlimdə becərilir. Əsas becərmə rayonları Asiya (3/5-ü), xüsusən Hindistan, Çin, Şri-Lankadır. İndoneziya, Türkiyə, İran, Keniya, Argentina, Gürcüstan və başqa ölkələrdə də becərilir. İxracatçılar Hindistan, Çin (yaşıl çay), Şri-Lanka, İndoneziya və s., idxalçılar Böyük Britaniya, Rusiya, ABŞ, Kanadadır.
Tütün- vətəni və ən iri istehsaçıları Mərkəzi Amerika ölkələri xüsusilə ABŞ, Kuba, Meksika, Braziliya, Kolumbiya Türkiyə və s.-də becərilir.
Qəhvə- əsaəsn tropik, subekvatorial qurşağın bitkisidir. Vətəni Efiopiyadır. Başlıca istehsalçıları Latın Amerikasında Braziliya, Kolumbiya, Venesuela, Mərkəzi Amerika ölkələri və s-dir. Asiyada isə Hindistan, İndoneziya və Hind-Çin ölkələrində yetişdirilir. Əsas ixracatçılar Braziliya, Kolumbiya (yüksək keyfiyyətli), idxalçılar ABŞ və Qərbi Avropa ölkələri və Rusiyadır.
Kakao- əkinləri qəhvə əkinlərinə uyğun gəlir və daha çox sahil rayonlarına, adalara meyl edir. Vətəni Latın Amerikasıdır. Yığıma görə Afrika (Kot-d’İvuar, Qana, Kamerun, Nigeriya), Latın Amerikası (Braziliya, Ekvador, Kolumbiya, Venesuela, Meksika) ölkələri fərqlənirlər. Yığımın 90%-i dünya bazarına çıxarılır. Başlıca idxalçılar Şimali Amerika, Avropa ölkələri, Yaponiyadır.
Kartof- “ikinci çörək”, vətəni Latın Amerikasıdır. Şimal yarımkürəsinin mülayim qurşağında geniş yayılıb. Yığıma görə Çin, Rusiya, Hindistan, ABŞ, Polşa fərqlənirlər. Həm də texniki bitkidir. Tropiklərdə batat – şirin kartof əkini geniş yayılıb.
Qeyd: Dünyada tərəvəz istehsalında Çin, üzüm istehsalında İtaliya, banan – Braziliya, portağal və limona – ABŞ, zeytun yığımına görə İspaniya, kauçuk istehsalına görə Cənub Şərqi Asiya ölkələri (İndoneziya, Malayziya) Fındıq istesalına görə Türkiyə, araxis və çay istehsalına görə Hindistan I yeri tutur.
HEYVANDARLIQ
Şimali Amerika, Avropa ölkələri, Avstraliya, Yeni Zelandiya, bir sıra Şərqi Avropa ölkələri üçün kənd təsərrüfatının aparıcı sahəsidir və intensiv xarakter daşıyır. İEOÖ üçün isə ekstensiv heyvandarlıq xarakterikdir. Heyvandarlıqda 3 sahə- qaramal, qoyunçuluq və donuzçuluq fərqlənir.
Qaramalın sayına görə Hindistan, Braziliya, Argentina, Çin, ABŞ, Rusiya fərqlənir.
Südlük və südlük-ətlik maldarlıq mülayim qurşağın meşə və meşə-çöllərində, ətlik maldarlıq isə mülayim və subtropik qurşağın quraq rayonlarında və dağlıq ərazilərində inkişaf etdirilir. Qərbi Avropa ölkələrində xüsusilə Norveç, Danimarka, Niderland, Fransa, Böyük Britaniyada intensiv, əmtəəlik südlük-ətlik maldarlıq xasdır. Əmtəəlik heyvandalıq Kanada, Yeni Zelandiya, Avstraliya ölkələri üçündə xasdır.
Donuzçuluq–Dünyada istehsal olunan ət məhsullarının 40%-i donuzçuluğun payına düşür. Onun yerləşməsi əhalinin sıx məskunlaşdığı rayonlara, iri şəhər aqlomerasiyalarına, intensiv heyvandarlıq mərkəzlərinə, kartof və şəkər çuğunduru əkinləri olan yerlərə meyil edir.
Ölkələr üzrə isə– Çin, ABŞ, Rusiya, Almaniya, Braziliya, Polşa, Fransa, fərqlənir.
Şimali Afrikada, Cənub-Şərqi Asiyada, Mərkəzi Asiyada və digər müsəlman ölkələrinin yayıldığı regionlarda donuzçuluq inkişaf etməmişdir.
Qoyunçuluq-geniş otlaq sahələrinə malik ölkələrdə, dağlıq ərazilərdə inkişaf etdirilir. Daha çox quraq iqlimə malik ərazilərdə-səhra və yarımsəhra ərazilərdində tövlə şəraitində inkişaf etmişdir. Boliviya, Çili, Peru, Əfqanıstan, Monqolustan, Qazaxıstan, və s ölkələrə xasdır. Qoyunların sayına görə fərqlənən ölkələr- Avstraliya, Çin, Yeni Zelandiya, Rusiya, Hindistan, Argentina, Türkiyə, İran, Sudan və s seçilir.
Balıqçılıq– balqçılıq məhsullarının 75-80% -i əhalinin ətə olan təlabatının ödələnməsinə sərf edilir.Hər il dünya əhalisinin istehlakı üçün 100 mln t balıq məhsulları istifadə olunur. Dünya okeanında balıq məhsullarıın ovunun 85%- i həyata keçirilir. Burada 3 əsas ov rayonu ayrılır. 30 dərəcə şm.e -dən yuxarıda şimal balıq ovu rayonu yerləşir.
Balıqçılıq okean və dənizlərin hər yerində yayılır. Lakin onun məhsullarının yarısını 6 ölkə tutur.Yaponiya, Çin, ABŞ, Çili, Rusiya və Peru dünyada ən çox tutan ölkələrdir. Balıq ovunun 67% -i Sakit okeanın, 27% -i Atlantik okeanın, 6%-i Hind okeanın payına düşür.
Dünyada ən çox balıq ovlayan və balıq məhsulları istehsal edən ölkə Yaponiyadır. Balina ovuna görə fərqlənən ölkələr- Peru, ABŞ, Çili və s-dir.
Quşçuluq–sürətlə inkişaf edən, əhalinin ət məhsullarına olan tələbatını qısa müddətdə ödəyən, sənayeləşmiş intensiv kənd təsərrüfatı sahəsidir. Dünyada istehsal olunan ət məhsullarının ümumi həcmində quşçuluğun payı artır. Quşçuluq, xüsusilə broyler quşçuluğu iri şəhər aqlomerasiyalarına yaxın yerləşdirilir.
Arıçılıq– dağlıq ölkələrdə subalp və alp çəmənlərində (Boloviya, Peru, Qırğızıstan), mülayim qurşaqda (Ukrayna, Moldova, Polşa) inkişaf edir.
Baramaçılıq– Çin, Hindistan, İndoneziya, Hind-Çin ölkələri və Mərkəzi Asiyada daha yaxşı inkişaf etmişdir.
Qabil Kazımov - Kainatpress.tv internet televiziyasının direktor müavini
Rəy yazın